Salam, Biz dostlarımızla birlikdə 22–24 mart tarixlərində Qəbələ Resort Hotelində qonaqladıq və təəssüf ki, qalma müddətində otellə bağlı bir sıra ciddi narahatlıqlarla qarşılaşdıq. İlk növbədə, otağın ümumi vəziyyəti gözlədiyimiz səviyyədə deyildi. Otaq mebelləri köhnə və aşınmış vəziyyətdə idi, qarderoblarda asılqanların bir qismi qırıq idi, otaq qapılarının kilid mexanizmləri nasaz vəziyyətdə idi. Bundan əlavə, pərdələr sökük idi, soyuducu isə 3 nəfərlik ailə üçün kifayət qədər kiçik idi. Sanitar qovşağında isitmə sistemi işləmirdi ki, bu da ciddi narahatlıq yaratdı. Bununla yanaşı, xidmət səviyyəsi 5 ulduzlu otel standartlarına uyğun deyildi. Bu problemlərlə bağlı personalı məlumatlandırsaq da, heç bir adekvat reaksiya verilmədi, hətta ad və soyadımız belə soruşulmadı. Bu isə müştəriyə yanaşmanın son dərəcə zəif olduğunu göstərir. Eyni zamanda, internet bağlantısı, otaq avadanlıqları və ümumi komfort baxımından da müxtəlif texniki problemlər müşahidə olundu. Bu kimi hallar otelin təqdim etdiyi xidmət səviyyəsi ilə qətiyyən uyğun gəlmir. Qeyd etmək istəyirəm ki, həmin tarixlərdə qonaq sayına uyğun digər otellərdə yer tapa bilmədiyimiz üçün məcburən qalmalı olduq. Halbuki bundan əvvəl eyni məbləğ qarşılığında 2 gecə Marxal Hotelində qonaqlamışdıq və oradakı xidmət səviyyəsi sizin otellə müqayisə olunmayacaq dərəcədə yüksək idi. Əgər əvvəlcədən Qəbələ Resort Hotelində xidmətin bu səviyyədə olacağını bilsəydik, qətiyyən bu seçimi etməzdik. Ümumilikdə, ödənilən məbləğə uyğun olaraq daha yüksək səviyyədə xidmət gözləyirdik. Lakin yaşadığımız təcrübə bu gözləntiləri qarşılamadı. Ümid edirik ki, şikayətimiz ciddi şəkildə araşdırılacaq və müvafiq addımlar atılacaqdır
Leyla·6 maanden geleden